Rahib Mirzəyev özünü ürəyindən güllələyib - RƏSMİ AÇIQLAMA


12:29     09 İyul 2021 21_07_09_1625819435.jpg


Bu gün xidməti otağında intihar edən Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyevin özünü ürəyindən güllələdiyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədi

Açar sözlər: #polis   #intihar  

Oxunub: 478