"Azəriqaz"ın rəhbəri: "Qaz sayğacına görə pul istənilsə, ..."
17:29 09 İyul 2021
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsindəki hesabına canlı yayım edərək bəzi məsələlərə toxunub.
Femida.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, ilkin olaraq baş direktor Mənzil Tikinti Kooperativlərinin (MTK) qazlaşdırılması zamanı quraşdırılan qaz sayğaclarının dəyəri və bundan sonra tətbiq olunacaq bəzi yeniliklər haqda məlumat verib.
MTK-nın qaz sayğaclarını iyulun 1-nə qədər ödənişli əsaslarla aldığını xatırladan R.Əliyev bundan sonra məsələnin fərqli formada tənzimlənəcəyini qeyd edib. Onun sözlərinə görə, sonradan ödənişli (mexaniki-elektron) qaz sayğacları komplektinin dəyərinin 70-90 manat olmasına baxmayaraq, MTK rəhbərləri vətəndaşlardan böyük məbləğdə ödənişlər tələb edirdi: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni inşa olunan çoxmərtəbəli binalarda iyulun 1-dən qaz sayğaclarının quraşdırılmasına dair müvafiq açıqlaması var. Vətəndaşlara müraciət edərək bildirilib ki, həmin tarixdən etibarən MTK-lara quraşdıran sayğaclara görə heç bir ödəniş etməsinlər. MTK-lara “Azəriqaz”ın verdiyi texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılacağı öz əksini tapacaq. Mənzil alan şəxsdən qaz sayğacına görə hansısa pul istənilərsə, mütləq texniki şərti tələb edib, öz hüquqlarını müdafiə etsinlər”.
Femida.az
Oxunub: 407
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"