Xristian dini icma rəhbərləri Şuşada rus pravoslav kilsəsində


15:55     10 İyul 2021 21_07_10_1625920349.jpg


Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər zamanı rus pravoslav kilsəsini ziyarət ediblər.

Azərbaycanda olan bütün xristian dini icma rəhbərləri kilsədə birgə dua mərasimində iştirak ediblər.

Dua mərasimində Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi, protoiyerey Konstantin Pominov iştirak ediblər.

Onlar kilsəyə İncil kitabı hədiyyə ediblər.

Qeyd edək ki, Şuşaya səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 422