FİFA-da kütləvi həbslər


18:14     27 May 2015 53186.jpg

FİFA-nın 6 yüksək rütbəli işçisi İsveçrə polisi tərəfindən həbs olunub.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ali futbol qurumunun dünya çempionatlarına ev sahibliyi verilməsi zamanı yol verdiyi qayda pozuntuları və yayım anlaşmalarında etdiyi korrupsiyadır.

Belə ki, FİFA İcraiyyə Komitəsinin iki vitse-prezidenti - Ceffri Uebb və Euhenio Figeredo, eləcə də İK üzvü Cek Uorner Sürix şəhərində qaldıqları oteldə polis tərəfindən nəzarətə götürülüblər.

Bu 3 nəfərdən başqa daha 3 yüksək rütbəli şəxs Sürixdə FİFA-nın toplantısına gələn zaman həbs olunub. Ali futbol qurumunun daha 10 işçisi haqqında eyni qərar çıxarılıb.

Qeyd edək ki, FİFA-nın DÇ-2018-in Rusiyaya verilməsi və DÇ-2022-nin Qətərə verilməsi zamanı korrupsiyaya yol verdiyi dəfələrlə mətbuatda yer alıb.

Açar sözlər:

Oxunub: 421