Obama fövqəladə vəziyyət elan etdi


13:25     03 Yanvar 2016 dasqin.jpg

ABŞ prezidenti Barak Obama azı 10 nəfərin həyatına son qoymuş daşqınlara görə Missuri ştatında fövqəladə vəziyyət elan edib


Femida.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, 2015-ci ilin sonunda tornado, fırtına və leysan yağışlar ABŞ-ın 11 ştatını əhatə edib. Təbii fəlakət nəticəsində 50-dən çox sakin ölüb. Daşqınlardan ən çox Missuri ştatı zərər çəkib.

Açar sözlər:

Oxunub: 1533