“Seven hills”in tikintisi dayandırıldı


19:25     27 May 2015 seven.jpg

Həbs olunan iş adamları Rəşad Məmmədov və Hacı İbrahim Nehrəmliyə aid olduğu söylənilən "Seven hills" (7 hills) yaşayış kompleksində binaların tikintisində fasilə yaranıb.


Femida.az xəbər verir ki, artıq bir həftədən çoxdur ki, layihə üzrə inşa olunan binalarda tikinti-quruculuq işləri dayandırılıb. Eyni zamanda, hacı İbrahim Nehrəmliyə məxsus "Xəzər adaları" layihəsi üzrə də inşaat işlərinin dayandığı söylənilir.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, "Azİmport" şirkətinin sahibi Rəşad Məmmədov barəsində həbs-qəti imkan tədbiri seçilib. O, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır.
"Avesta" konserninin rəhbəri, tanınmış iş adamı hacı İbrahim Nehrəmli isə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Beynəlxalq Banka külli miqdarda borcları olduğu iddia olunur.

Açar sözlər:

Oxunub: 1382


Oxşar xəbərlər