İtaliyada alma boyda dolu düşdü


12:29     27 İyul 2021 2021/07/article_big_531041590984768_1627377113.jpg

İtaliyanın mərkəzində yerləşən Emilia-Romania bölgəsinə güclü dolu yağıb. Dolu Parma bölgəsində İtalyan A1 əsas magistral yolunun həəkətini bağlayaraq yüzlərlə avtomobilə və evə ziyan vurdub.

İl Fatto Quotidiano nəşrinə görə, bazar ertəsi günortadan sonra güclənən yağıntı sürücülərin və yerli sakinlərin təəccübünə səbəb olub. Sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə ərik ölçüsündə olan dolu maşın şüşələrini sındırırdıb və avtomobilərə ciddi zərər verib. Fəlakətin mərkəzində olan sürücülər külək, yağış və dolu səbəbindən avtomobil sürməyə davam edə bilməyiblər.

Xilasedicilərin keçməsi üçün təxminən üç saat Milan-Neapoli avtomobil yolu bağlanılıb. Bir neçə kiçik qəza qeydə alınıb.

Parma ətrafındakı şəhərlərdə binaların bir hisəsinin daşları düşüb. Şəhər Meri Fidenza Facebook hesabında küləyin binanın damının taxta üzlüklərini qopardığını və onları tarixi şəhərin mərkəzinə atdığını qeyd edib.

Günel Fərhadlı


Femida.az

Açar sözlər: #Dolu   #İtaliya    

Oxunub: 458