Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
20:52 30 İyul 2021
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 25,2 faiz artaraq 90,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, gəlirlərin 61,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,3 faizi ictimai iaşə xidmətlərindən, 2,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2021-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 9,0 faiz səviyyəsində olmuşdur (2020-ci ilin yanvar-iyun aylarında 7,6 faiz). Bu göstərici Şabranda 47,1 faiz, Beyləqanda 23,4 faiz, Lənkəranda 17,6 faiz, Naftalanda 17,1 faiz, Şəmkirdə 16,3 faiz, Qubada 15,2 faiz, Qəbələdə 13,7 faiz, Bərdədə 12,8 faiz, Cəlilabadda 12,8 faiz, Bakıda 11,9 faiz, Ağcabədidə 11,6 faiz, Qusarda 11,6 faiz, Şamaxıda 10,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
Oxunub: 1033
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib