"Dəstəyinə görə Azərbaycana təşəkkür edirik"- Süleyman Soylu


16:28     06 Avqust 2021 2021/08/soylu-depophotos1_16_9_1586718169_16_9_1616054866_16_9_1617684141_16_9_1625461233_1628253000.jpg

"Bu çətin günlərdə bizimlə birlikdə olduğu üçün Azərbaycana təşəkkür edirik. Azərbaycandan gələn heyət bütün qüvvəsi ilə bu işin içərisindədir”.

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, bu, tamam fərqli bir fəlakətdir: “Zəlzələ, sel olur, bitir və sonra hadisələri idarə edirik. Amma indi həm yanğınla mübarizə aparırıq, həm də fəlakətin vurduğu ziyanı aradan qaldırmağa çalışırıq. Təxminən 20 təyyarə, 10-dan çox helikopter səhər tezdən gecəyə qədər hər yerdə yanğının söndürülməsi ilə bağlı əməliyyat aparır”.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycan yanğınsöndürənləri özlərinin cəsarətini ortaya qoyurlar: “Biz həm insan, həm də texnika gücü ilə Azərbaycanı burada görürük. Çox şükür ki, belə dostlarımız var. İnşallah, ən yaxın zamanda yanğını söndürüb sonra xalqın zərərini, sıxıntılarını həll etməyə çalışacağıq. Bir daha burada olan heyətə, Azərbaycan xalqına, Azərbaycan Prezidentinə, hökumətinə təşəkkür edirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 388


Oxşar xəbərlər