İranın yeni prezidenti Azərbaycanı təbrik edib
17:16 06 Avqust 2021
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Femida.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanı və nümayəndə heyətinin üzvlərini salamlayan prezident Seyid İbrahim Rəisi onun andiçmə mərasimində iştirak etdiyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.
O, Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. İran prezidenti Azərbaycan xalqına firavanlıq və xoş günlər arzulayıb.
Milli Məclisin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını və təbriklərini İran prezidentinə çatdırıb. Spiker bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranla əlaqələrin inkişafına həmişə böyük diqqət yetirmiş və gələcəkdə də bu əlaqələri dərinləşdirmək niyyətindədir. Sahibə Qafarova qeyd edib ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Parlamentlər səviyyəsində də əməkdaşlığımız dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində önəmli rol oynayır. Bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının üzərinə böyük vəzifələr düşür. Hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan fikir mübadiləsi əlaqələrimizin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir.
Sədr diqqətə çatdırıb ki, iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafında Azərbaycanla İran arasında mövcud olan Dövlətlərarası Müştərək Komissiya uğurla fəaliyyət göstərir.
İran Prezidenti Seyid İbrahim Rəisi Prezident İlham Əliyevin təbriklərinə görə, minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Sonra görüşdə regional əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 447
Oxşar xəbərlər
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıb
- İranın neft naziri Azərbaycana səfər edəcək
- İranın tanınmış din xadimi vəfat edib
- İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır
- İranın tanınmış din xadimi vəfat edib
- İranın xarici işlər naziri koronavirusa yoluxub
- İranın XİN rəhbəri: “Azərbaycanla münasibətlər qarşılıqlı hörmət əsasında davam edəcək”
- İranın ilk prezidenti vəfat edib
- İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsinin ofisi bağlanıb