İstirahətdən qayıdan ailə yol qəzasına düşüb, xəsarət alan var


19:31     06 Avqust 2021 qeza_yeni.jpg

Xudat rayonunda yol qəzası baş verib.


Femida.az-ın verdiyi məlumata görə, hadisə Xudat-Yalama avtomobil yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Paskirina Lüdmila Vasilyevna yaxınları tərəfindən xəsarətlərlə Xudat təcili tibbi yardım məntəqəsinə gətirilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, Bakı şəhər sakinləri ailəvi olaraq istirahətdən geri qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1150


Oxşar xəbərlər