3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır


10:47     07 Avqust 2021 21_08_07_1628318849.jpg

Azərbaycanda 3-cü doza peyvəndin yüksək risk qrupuna daxil olan şəxslərə vurulması zəruridir.

Femida.az -ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə bildirilib ki, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

Qeyd olunub ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.

Açar sözlər:

Oxunub: 1324