Tokio-2020: Azərbaycan karateçisi ikinci qələbəsini qazanıb


11:12     07 Avqust 2021 21_08_07_1628319197.jpg

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Femida.az -ın məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı ikinci döyüşündə italiyalı Silviya Semeraro ilə üz-üzə gəlib.

Zaretska rəqibini 3:2 hesabı ilə üstələyib. O, növbəti qarşılaşmasını Sofya Berultsevaya (Qazaxıstan) qarşı keçirəcək.

Qrupda ilk 2 yerdən birini tutacağı təqdirdə, Azərbaycan təmsilçisi yarımfinala yüksələcək və ən azı bürünc medalı təmin edəcək.

Açar sözlər:

Oxunub: 375