AÇ: Günay Məmmədzadə liderliyə yüksəlib
09:55 14 Avqust 2021
Avqustun 13-də Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının beşinci turunun oyunları keçirilib.
Femida.az xəbər verir ki, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə turnir cədvəlinin lideri rumıniyalı İrina Bulmaqa üzərində qələbə qazanaraq liderliyə yüksəlib. Beşinci turu daha 4 şahmatçımız qələbə ilə başa vurub. Belə ki, Gülnar Məmmədova Xəyalə Abdulla, Xanım Balacayeva serbiyalı Jovana Erik, Zeynəb Məmmədyarova rumıniyalı Andreea-Marioara Cosman, Nəsrin Babayeva avstriyalı Denise Trippold üzərində qələbə qazanıb.
Digər təmsilçilərimiz - Gövhər Beydullayeva rusiyalı Leya Qarifullina, Türkan Məmmədyarova yunanıstanlı Yekaterina Pavlidou qarşılaşmaları heç-heçə ilə başa çatıb.
İki şahmatçımız məğlubiyyətlə üzləşiblər - Ülviyyə Fətəliyeva Viktoriya Radeva (Avropa Şahmat İttifaqı), Ayan Allahverdiyeva rumıniyalı Pancu Aureliana-Eugeniaya uduzublar.
Qeyd edək ki, beş turdan sonra G.Məmmədzadə 4,5 xalla liderdir. G.Beydullayeva, G.Məmmədova, X.Balacayeva 3,5, Zeynəb Məmmədyarova 3, Ü.Fətəliyeva 2,5, X.Abdulla, T.Məmmədyarova 2,5, N.Babayeva 2, A.Allahverdiyeva 1 xal qazanıblar.
Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.
Femida.az
Oxunub: 1095
Oxşar xəbərlər
- Məşhur şahmatçı Sumqayıt Olimpiya Kompleksinə direktor təyin olunub
- Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş şahmat turniri - FOTO
- Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
- Azərbaycan Şahmat Olimpiadasının qalibi olub
- Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib
- Naxçıvan şahmatçıları Qırğızıstan yığması ilə heç-heçə edib
- Qadın şahmatçılarımız Ermənistan yığmasını məğlub etdilər: medal qazandılar
- Qadın şahmatçılarımızdan daha bir qələbə
- Bu gün Azərbaycan şahmatçıları ermənilərlə qarşılaşacaq
- Türkiyədə Şahmat Olimpiadası keçirilir - Fotolar