“Bankın hərəkətləri qanunsuzdur”- Hüquqşünaslardan cavab gəldi


17:45     05 Yanvar 2016 20160104_114618.jpg



Ucar rayonu Qarabörk kəndi sakini İsrayılov Məhəmməd İsrayıl oğlu tərəfindən Femida.az -a müraciət daxil olub. Vətəndaş müraciətində "Kapital Bank" ASC-nin Ucar filialının rəhbərliyindən şikayətçi olduğunu bildirib.Həmin müraciəti olduğu kimi təqdim edirik.


“ "Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov bizim ailənin bayramını qara gətirdi deyə bayram edə bilmədik.Belə ki, oğlum Valeh iş yoldaşı Hüseynov Anar Feyruz oğlunun "Kapital Bank" ASC-nin Ucar filialından götürdüyü kreditə görə zaminlik edib. Bir müddət krediti Anar Hüseynov ödədikdən sonra işdən çıxarıldığı üçün "KapitalBank" ASC-nin Ucar filialı hər ay kredit pulunu oğlum Valehin maaşından tutmağa başladı. Buna görə heç bir narazılığımız olmayıb. Ancaq "Kapital Bank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov oğluma verilmiş 1216 manat 13-cü maaşını da tam olaraq kredit borca görə tutmuşdur ki, bu, ciddi qanun pozuntusudur. Çünki kredit müqaviləsinə əsasən ilin 12 ayına görə kreditə görə pul ödənilməlidir. Ancaq 13-cü maaşın kreditə tutulması tam qanunsuzluqdur. 6 nəfərdən ibarət ailəmizdə Valehdən başqa işləyən yoxdur. Ümidimiz ona veriləcək 13-cü maaşa idi ki, onu da "Kapital Bank" ASC-nin Ucar filialı tamamilə tutmaqla ailəmizin bayramını qara gətirdi. İmkansızlıqdan bizim ailə bayram etmədi. Mən buna görə bir ağsaqqal valideyin kimi "KapitalBank" ASC-nin Ucar filianın müdiri Daşqın Ələkbərova iradımı bildirdikdə mənə dedi ki, belə olmalıdır bilmirsən bu bank kimə məxsusdur.

Bildirirəm ki, "KapitalBank" ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov az müddətdə qanunsuz əməlləri ilə cəmiyyət arasında böyük narazılıq yaradıb. Oğlumun 13-cü maaşının tamamilə "KapitalBank" ASC-nin Ucar filialı tərfindən tutulmasına görə Mərkəzi Banka və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə şikayət ərizəsi ilə mürciət etmişəm. Mətbuat vasitəsi ilə də aidiyyatı orqanlara Prezident cənab İlham Əliyevə, Mərkəzi Bankın sədri cənab Elman Rüstəmova və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edib xahiş edirəm bu qanunsuzluq faktını obyektiv araşdırıb qanuni tədbir görəsiniz. Əlaqə telefonu; 050 661-38-81”

Mövzu ilə bağlı sualları hüquqşünaslar cavablandırıb.

Hüquqşünas Nicat İsmixanov:
“ Bildirmək istəyirəm ki, AR Əmək Məcəlləsinin 175-ci maddəsinin tələbinə əsasən, bankdan aldığı kreditin məbləğinin işçinin əmək haqqınsına yönəltməklə tutulmasına bir qayda olaraq yalnız işçinin yazılı razılığı ilə göstərdiyi məbləğdə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə yol verilir. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə və ya borcun əmək haqqısından tutulmasına dair (müvafiq olaraq 50 faizə qədər müəyyən hallarda 70 faizə qədər) dair icra sənədi mövcud deyilsə bankdan götürüdüyü kreditə əsasən yaranmış borca görə işəgötürən kreditorun (bankın) tələbi ilə işçinin borcunu əmək haqqısından tuta bilməz. Tövsiyyə edirəm ki, işçi bu mübahisədə banka deyil, işəgötürənə qarşı ona vurulmuş maddi, eyni zamanda mənəvi ziyana dair məhkəmədə iddia qaldırsın. İstənilən halda əmək haqqını işçi işəgötürəndən tələb etməlidir.

Amma bankın işçinin bank hesabına tutulma aparılması xüsusatında bankın vəzifəli şəxsinin hərəkətlərində vəzifədən sui istifadə etmə faktoruda olduğu müəyyən edilə bilər.Bu isə məhkəmə çəkişməsində aşkara çıxarılan məsələlərdi. Bankıda birgə cavabdeh qismində qoymaq mümkündür. Bankın hərəkətləri qanunsuzdur.İşçi maaşını nəğd qaydada alsın. Hər bir halda bu əmək haqqı əmək münasibətləri zəmnində işçiyə ödənilən haqqdır.Burada bankın movqeyi tam əsassızdır.”

Hüquqşünas Nicat Gözalov: “ İndiki halda yəqin ki, bank özü işəgötürənin xəbəri olmadan əmək haqqını silib. Kredit verən bankın özünün xidmət göstərdiyi borclunun kartından əmək haqqının 50%-dən artıq məbləğin kredit borcuna silməsi qanunsuzdur. Adətən pulu tez almaq üçün vətəndaşlar onların qarşısına qoyulan bütün sənədlərə imza atırlar. Bizim xahişimizlə bu halda belə "Kapitalbank" ASC-nin rəhbərliyi 2015-ci ilin oktyabr ayında filiallalara 50%-dən çox olmamaqla tutulmasını tapşırmışdı.”

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7773


Oxşar xəbərlər