“Əfqanıstanda istədyimizə nail olduq” – Blinken


20:10     15 Avqust 2021 2021/08/blink-1629038152_1629039917.jpg

ABŞ-ın dövlət katibi Entoni Blinken Əfqanıstandakı hadisələri şərh edərkən orada qarşıya qoyduqları hədəflərə nail olduqlarını bildirib. “Bizim məqsədimiz terror təhlükəsini aradan qaldırmaq idi, buna da nail olduq”,- deyən Blinken əlavə edib ki, Əfqan hökumətinə məxsus qüvvələr ölkəni “talib”lərdən qoruya bilməyiblər.

ABŞ səfirliyinin əməkdaşlarının Kabulu tərk etdiklərinə şərh verən Blinken bunun təhlükəsizlik naminə həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, Kabuldakı vəziyyət Sayqondakını (Vyetnam müharibəsini nəzərdə tutur – red.) xatırlatmır.

- “Taliban”a bildirilib ki, əgər Amerika səfirliyinin əməkdaşlarının təxliyəsinə mane olsalar, cəld və qəti cavab veriləcək,- dövlət katibi əlavə edib.

Qeyd edək ki, Amerika səfirliyinin bütün əməkdaşları üç gün ərzində ölkədən çıxarılacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 1032


Oxşar xəbərlər