"Televizor və telefon körpələrdə autizmə meyillilik yaradır" - Baş pediatr


17:04     25 Avqust 2021 2021/08/1_Bab-1629892783_1629896748.jpg

“Bəzi analar elə düşünür ki, cizgi filmləri uşağı inkişaf etdirir. Bu yanlışdır. 2 yaşına qədər uşaqlara isə bu, qətiyyən olmaz”.

Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib.

“Ana ilə ünsiyyət uşaqlar üçün daha faydalıdır. Xüsusilə valideynlər yemək zamanı körpələrə telefon verirlər. Bu, düzgün deyil. Çünki uşaqlar zamanla içinə qapanır, danışmır. Belə hallar uşaqlarda autizmə meyillilik yaradır”, - o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 606