Kabil hava limanı yaxınlığındakı terroru İŞİD törədib


19:27     26 Avqust 2021 2021/08/49fd9-1629989757_1629991699.jpg

İŞİD terror qruplaşması Kabil hava limanı yaxınlığında törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Femida.az xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbəyə və məlumatlı şəxslərə istinadən “Politico” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində azı 13 nəfər həyatını itirib. Ölənlər arasında uşaqlar da var.

Femida.az

Açar sözlər:

Oxunub: 397