Ərdoğan: “Bombalara qədər hər şeyi özümüz istehsal edirik”
18:15 30 Avqust 2021
“Bombalara qədər hər şeyi özümüz istehsal edirik”.
Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə Nazirliyinin “Ay Yıldız” layihəsinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
“Bu kimi layihələrin millət və dövlətlərin gücünün simvolu olduğuna inanıram. Bizim əsgərimiz vardı, ürəyimiz vardı, biləyimiz vardı, amma yetərli silahımız yox idi. Hardasa 40 ilə yaxınlaşan terrorla mübarizə prosesimizin ilk dönəmində eyni sıxıntılar səbəbindən ölkəmizin nə qədər ağır itkilər verdiyini ən yaxşı buradakı heyət bilir”, - o qeyd edib.
Ərdoğan Türkiyənin əvvəlkindən də sürətli şəkildə yoluna davam etdiyini bildirib: “Amma indi hər şeyi özümüz düzəldirik. İndi PUA-larımız, zərbə dronlarımız, hücum dronlarımız var. Artıq müdafiə sənayesi sahəsində ixraca başlamışıq. Artıq “nə verirsən?” yox, “nə alırsan?” deyəcəyik. Bunun üçün də bütün bombalara qədər hər şeyi özümüz istehsal edirik”.
Femida.az
Oxunub: 1271
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"