Axtarışda olan şəxsdən “patı” və heroin götürülüb


13:58     31 Avqust 2021 21_08_31_1630403042.jpg

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə axtarışda olan rayonun Zümürxan kənd sakini, əvvəllər məhkum olunmuş Taryel Aslanov saxlanılıb.

Onun evinə baxış keçirilən zaman külli miqdarda “patı” adlanan psixotrop maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

Açar sözlər:

Oxunub: 1205