Azərbaycanda 291 jurnalist koronavirusa yoluxub, 12 nəfər həyatını itirib
16:20 31 Avqust 2021
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda jurnalistlər arasında koronavirusa yoluxma halları ilə bağlı monitorinq aparıb.
JuHİ-dən Femida.az -a verilən məlumata görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVID-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir.
O bildirib ki, dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər:
"“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub".
M.Ələsgərli bildirib ki, indiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb.
Femida.az
Oxunub: 694
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib