Tramp Baydeni Əfqanıstanda iflasa görə üzr istəməyə çağırıb


18:17     31 Avqust 2021 2021/08/tramp-1629345867_1630419467.jpg

ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydeni Əfqanıstandakı iflasa görə üzr istəməyə çağırıb.

Femida.az xəbər verir ki, bunu Tramp “Fox Business”ə bildirib.

“O, çərşənbə axşamı Əfqanıstandan qoşunların çıxarııması ilə bağlı edəcəyi çıxışı zamanı həmvətənlərinə "üzr istəyirəm" deməlidir. Amerikalılardan üzr istəməlidir”, - Tramp əlavə edib.

Keçmiş ABŞ liderii "Dover" hava bazasındakı vəziyyəti utancverici adlandırıb. Burada bazar günü Kabildə terror aktı nəticəsində ölən ABŞ hərbçilərinin cənazələrinin yaxınlarına təhvil verilməsi mərasimi keçirilib.

"Bayden ayağa qalxdı və saatına baxdı, sanki oradan çıxıb evə getmək istəyirdi. Bunun üçün üzr istəməlidir", - Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Baydenin çərşənbə axşamı Əfqanıstanla bağlı çıxış edəcəyi gözlənilir. Amerika lideri qoşunları geri çəkməsi və bunun nəticəsində ölkəyə nəzarətin "Taliban"ın əlinə keçdiyi üçün ciddi şəkildə tənqid olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1274