Dini mərasim keçirmək istəyən 10 nəfər cərimələnib, 2 nəfər həbs edilib
14:39 03 Sentyabr 2021
Sentyabrın 2-si gecə saat 22:30 radələrində Sabirabad rayonunun Cavad kəndində kənd sakini Böyükkişi Məmmədovun həyətinə 40-45 nəfər toplaşaraq xüsusi karantin rejiminin tələblərini pozmaqla dini mərasim keçirməyə cəhd ediblər.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb və izahedici söhbətlərdən sonra onlar dağılışıb.
Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə onlardan 10 nəfəri cərimə olunub, 2 nəfər isə inzibati qaydada həbs edilib.
Oxunub: 1192
Oxşar xəbərlər
- Dini mərasimlərlə bağlı əhaliyə müraciət edildi
- Dini kofessiyaların rəhbərləri Polad Həşimovun və İlqar Mirzəyevin məzarını ziyarət edib
- Dini qurumlara maliyyə yardımı ayrıldı
- Dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib
- Dini konfessiya rəhbərlərinin Məşvərət Şurası təsis edildi
- Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək
- Dini təhsilin təşkil edilməsi qaydası müəyyənləşir
- Dini liderlərin Qarabağ üzrə üçtərəfli dialoqu bərpa oluna bilər
- Dini liderlər telefonla danışdılar
- Dini Komitə tenderlərlə bağlı yayılan iddialara aydınlıq gətirib