Amerikalı həkimlər uzunömürlülüyün daha bir sirrini tapıblar


17:46     05 Sentyabr 2021 2021/09/28376AB8-AAD9-438C-B265-6E39F623E1C6_1630849671.jpeg

ABŞ-ın Nortvestern Universitetinin həkimləri insan ömrünü uzatmağın daha bir sirrini açmağa müvəffəq olublar.

Femida.az xəbər verir ki, araşdırma "JAMA Network Open"də dərc edilib.

Araşdırmanın nəticəsinə əsasən, gündə azı 7 min addım gəzən insanlarda ölüm riski azalır.

Təcrübədə 2006-cı ildən bəri fiziki aktivliyi izlənilən 38-50 yaş arası 2 110 qadın və kişi iştirak edib. İştirakçılar üç qrupa bölünüb: birinci kateqoriyada insanlar gündə 7 mindən az, ikinci mərhələdə - gündə 7-10 min addım, üçüncüsündə - 10 mindən çox addım atıblar.

Nəticələr fiziki aktivliyi yüksək və orta səviyyədə olan iştirakçı qruplarında ölüm riskinin çox aşağı olduğunu göstərib.

Femida.az

Açar sözlər: #Amerika    

Oxunub: 1157