Öldürülən “Qızıl Məryəm”-in evindən 30 min aparıblar


17:41     06 Yanvar 2016 01NAuOAZi0g1.jpg

Bakıda xüsusi amansızlıqla öldürülən sahibkar qadının evindən külli miqdarda pul aparılıb.

Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin qətllə bağlı yaydığı məlumatda yer alıb. Qeyd olunub ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F. Qasımzadə küçəsindəki evində tapılıb. M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Açar sözlər:

Oxunub: 1183


Oxşar xəbərlər