Nazirlər Kabinetinin qərarı ilə bu idarələr ləğv edildi


22:55     07 Aprel 2015 nazir_kabinet1.jpg


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də struktur dəyişiklikləri edilib.

Femida.az-ın "report"a istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə qurumun Mənzil Kommunal Təsərrüfat İdarələri (MMTİ) ləğv edilib.

Qərar əsasında ləğv edilən MMTİ-lər Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına verilib.

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat İdarələrinin ləğv olunması nəticəsində idarənin əməkdaşları işsiz qalıblar.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnzibati işlər və ictimaiyyətlə əlaqələr Departamenti bu məsələni şərh edərkən bildirib ki, həmin idarələr artıq qurumun balansında olmadığına görə əməkdaşları da işdən ayrılıblar: "Bəziləri imkan daxilində daxili yerlərdə yerləşdirilib. Amma digərləri kənarda qalıb".

Məlumata görə, MMTİ-lərin ləğvi nəticəsində 30-dan çox işçi işsiz qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1279