Zaqatalada qaydaları pozan obyekt sahibləri cərimələnib


12:22     12 Sentyabr 2021 21_09_12_1631433475.jpg

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri monitorinqlər zamanı bəzi obyekt sahibləri və icarədarlar tərəfindən qaydalara laqeyd yanaşıldığı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Körpü” kafesində gələn müştərilərə xidmət edən işçilərin bir neçəsinin, eləcə də Əliabad qəsəbəsindəki kafelərin birində müştərilərin COVID-19 pasportu olmadığı müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin obyekt sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 1080