“Bütün işçilər ərizə yazır” - Anar Nəcəfli


21:21     06 Yanvar 2016 686879_458712.jpg



Dekabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan “Azəryolservis” ASC-nin bütün əməkdaşları işdən çıxmaqla bağlı ərizə yazıb.


Femida.az-ın məlumatına görə, qurumun yeni sədri Saleh Məmmədov təxminən 200-dən çox əməkdaşı çağıraraq onlara işdən azad olunmaları ilə bağlı ərizə yazdırıb. Bəzi işçilərə strukturu dəyişdirilən qurumda işə götürüləcəyi ilə bağlı vəd verilsə də, əksər əməkdaşlara isə işdən çıxarıldıqları deyilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Femida.az.az-a açıqlamasında bunları bildirib. “Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən "Azəryolservis" ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Sırf sənədləşmə prosesi olduğu üşün bütün işçilər ərizə yazır. Cəmiyyətin yeni strukturu formalaşan kimi həmin işçilər artıq yeni ərizə yazaraq yeni struktura qəbul olunacaqlar. Ancaq bu o demək deyil ki, həmin işçilər bu müddət ərzində işsiz qalacaq. Yenə də işlərinə davam edirlər. Sadəcə olaraq sırf struktur dəyişikliyi ilə bağlı adi prosedurdur.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4430