FHN-nin saytı mükafat aldı


23:57     27 May 2015 11263845_823472864396516_1185107459_n.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet informasiya portalı (www.fhn.gov.az) mükafat alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet informasiya portalı (www.fhn.gov.az) mükafat alıb.


Femida.az-ın xəbərinə görə, “Netty-2015” Azərbaycan Milli İnternet Mükafatının "ən yaxşı dövlət saytı" nominasiyasının builki qalibi FHN-nin internet resursu olub. Mükafatı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təqdim edib.

Qeyd edək ki, “Netty-2015” Azərbaycan Milli İnternet Mükafatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Bu ilki mükafat uğrunda 16 nominasiya üzrə 303 sayt arasından seçim edilib.

Açar sözlər:

Oxunub: 1025