Sabah manatın məzənnəsi dəyişməyəcək


01:05     07 Yanvar 2016 1%20manat35.jpg

Azərbaycan Mərkəzi Bankından (AMB) Femida.az-a verilən məlumata görə, 06.01.2016-cı il tarixində banklararası valyuta bazarında heç bir əməliyyat keçirilmədiyindən Mərkəzi Bankın 06.01.2016-cı il tarixinə USD/AZN məzənnəsi 07.01.2016-cı il tarixində də qüvvədə qalacaq.


Qeyd edək ki, 05.01.2016-cı il tarixində banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnə 1,5626 təşkil edib. Bununla, AMB-nin 06.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5626 səviyyəsində müəyyən olunub.

Açar sözlər:

Oxunub: 1007