AAYDA: Göyçayda avtomobil körpüsü uçmayıb


12:14     29 Sentyabr 2021 21_09_29_1632901475.jpg

Ötən gün axşam saatlarında sosial şəbəkələrdə və bəzi xəbər saytlarında guya Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçması ilə bağlı video görüntülü məlumat paylaşılıb.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.

"Rəsmi olaraq bildirirk ki, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində balansımızda olan hər-hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb", - qurum bəyan edib.

Açar sözlər:

Oxunub: 789