"Qarabağdakı Monitorinq Mərkəzi sabitliyin qarantıdır" - Putin


15:05     29 Sentyabr 2021 2021/09/361FA029-3544-45C7-AF73-C6B29E0222D7_1632918280.png

Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətidir.

Femida.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Rusiyanın dövlət başçısı bildirib ki, bu əməkdaşlıq sabitliyin və barışığa yönəlmiş gələcək addımların müəyyənləşdirilməsi üçün tərəflərin mövqelərinin razılaşdırılmasının ciddi təminatıdır.

Xatırladaq ki, Ərdoğan Soçidə işgüzar səfərdədir.

Femida.az

Açar sözlər:

Oxunub: 376