Tarif Şurasının növbəti iclası keçirilib


15:36     29 Sentyabr 2021 2021/09/D5A8D9B0-0FAE-4550-BC8D-843578A848DE_1632919203.png

Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Fərmanının 3.1-ci bəndində “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqının məbləğinin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi təsbit olunub.Tapşırığın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli Qərarı ilə baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.

Femida.az -n Tarif Şurasına istinadən verdiyi məlumata görə, bu baxımdan iclasda “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 26 iyul 2007-ci il tarixli Qərarı ləğv olunub.

Femida.az

Açar sözlər: #Tarifşurası    

Oxunub: 713