"Gürcüstan regionda sülh və sabitliyin olmasında maraqlıdır" - Baş nazir
15:59 29 Sentyabr 2021
"Cənab Prezident, bizi dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Burada, Bakıda olmaqdan böyük məmnuniyyət hissi keçirirəm. Səmimi qəbula və qonaqpərvərliyinizə görə çox sağ olun. Bu, mükəmməl olan ikitərəfli əlaqələrimiz barədə danışmaq üçün böyük imkandır. Qeyd etdiyiniz kimi, biz dost, qardaşıq. Bu gün biz, həmçinin iqtisadi komissiyanın 8-ci iclasını keçirəcəyik və inkişafda olan ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik".
Femida.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Gürcüstan sözsüz ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrimizin güclənməsində maraqlıdır. Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq.
Bu, mənim bu il Azərbaycana artıq ikinci səfərimdir. Cənab Prezident, qeyd etdiyiniz kimi, biz dəfələrlə telefonla danışmışıq. Əminəm ki, bu gün biz gələcəyimizlə bağlı bir çox məsələləri müzakirə edəcəyik. Əminəm ki, bu, daha bir səmərəli görüş olacaq. Mən bir daha Sizə təşəkkür edirəm!", - Baş nazir qeyd edib.
Femida.az
Oxunub: 447
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb