Həftəsonları metro necə işləyəcək?


11:36     30 Sentyabr 2021 Bakı%20metrosu%20onlar%20üçün%20pulsuz%20olacaq.jpg

Bakı metrosunun həftəsonları üçün iş rejimi açıqlanıb.

Femida.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları sərnişindaşıma fəaliyyəti göstərəcək.

"Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Elxan Məmmədov deyib ki, qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub: “Digər günlərdə olduğu kimi istirahət günlərində də səhər saat 06.00 dan gecə saat 24.00 qədər stansiyalarımızın qapıları sərnişinlərimizin qəbulu üçün açıqdır. Bu səbəbdən qatarlararası interval Qırmızı xəttin “28 May-Həzi Aslanov sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra, “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq”.

Bəs metroya daxil olarkən COVID pasportu tələb olunacaqmı? Metro rəsmisi deyir ki, müxtəlif qurumlarda, həmçinin ali təhsil müəssisələrində bu sənədin yoxlanılması səbəbindən metropolitendə COVID pasportunun yoxlanılmasına ehtiyac qalmır: "Bildiyiniz kimi, bu gündən etibarən həm ali təhsil müəssisələrində, həm də orta məktəblərdə tələbələr və şagirdlər fəaliyyətə başlayıblar. Bununla bağlı sərnişin axınında bu gün nisbətən artım müşahidə olunur. Sərnişinlərdən xahiş olunur ki, stansiyalara daxil olarkən tibbi maskalardan istifadə etsinlər, platforma boyunca səpələnməyə riayət etsinlər, digər sərnişinlərə narahatçılıq yaranmasın deyə, qatarların qapılarını saxlamasınlar".

Qeyd olunub ki, pandemiya şəraiti davam etdiyindən, müəssisə və təşkilatların iş rejimi, o cümlədən təlim-tədris ocaqlarının fəaliyyətində mümkün dəyişikliklərin nəzərə alınması məqsədilə xətlər üzrə müvafiq monitorinqlər həftəsonları davam etdiriləcək. Sərnişinlərin axın istiqamətləri və sıxlığı kimi mühüm məsələlər nəzarətdə saxlanılacaq.





Açar sözlər:

Oxunub: 510