Telman İsmayılov Monteneqroda saxlanılıb


20:49     01 Oktyabr 2021 2021/10/telman-ismayilov_ast_1633107014.jpg

Rusiyanın paytaxtı Moskvada yerləşən Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.

Femida.azTASS-a istinadən xəbər verir ki, bu barədə Monteneqronun "Viesti" portalı məlumat yayıb.

Bildirilib ki, o, Rusiya tərəfindən verilən order əsasında saxlanılıb.

Qeyd edək ki, Telman İsmayılova qarşı 2017-ci ilin noyabrında iki sahibkarın qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb. Onun axtarışı İnterpol vasitəsi ilə həyata keçirilib. İş adamı 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1077