Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi mübarizəyə başlayır


11:58     02 Oktyabr 2021 21_10_02_1633158680.jpg

Bu gün Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında mübarizəyə başlayacaq.

Femida.az -;n məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Xurski ilə üz-üzə gələcək.

Coşqun Əzimov (74 kq) eyni raundda Mathayo Mahabila (Keniya) ilə, Abubakr Abakarov (86 kq) isə Ahmed Dudarovla (Almaniya) güləşəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Dünya çempionatı

61 kq
1/16 final: Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna)

74 kq
1/16 final: Coşqun Əzimov - Mathayo Mahabila (Keniya)

86 kq
1/16 final: Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya)

Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, oktyabrın 4-də isə 70 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Açar sözlər:

Oxunub: 865