Zelenski Saakaşvilinin geri qaytarılması ilə şəxsən məşğul olacaq


15:46     03 Oktyabr 2021 2021/10/1747536311_0_26_1281_746_1920x0_80_0_0_856c52787b96d1d88238439016d01c10_1633261575.jpg

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin vətəndaşı və Gürcüstanın keçmiş lideri Mixeil Saakaşvilinin geri qaytarılması ilə şəxsən məşğul olacağını bildirib.

"Ukrayna prezidenti olaraq hökumət tərəfindən mənə verilmiş müxtəlif imkanlarla daima Ukrayna vətəndaşlarını geri qaytarmaqla məşğulam".

Onun sözlərinə görə, bu məsələni hökumət, Xarici İşlər Nazirliyi və Tibilisidəki səfirlik həll edəcək. Zelenski Saakaşvilinin Gürcüstana getmək qərarını yanlış hesab edib və onu qınayıb. O bildirib ki, Saakaşvilinin Gürcüstana getməsindən xəbərsiz olub.

Femida.az

Açar sözlər:

Oxunub: 460