İlham Əliyev Suqovuşana və Talış kəndinə gedən yolların açılışında
12:17 04 Oktyabr 2021
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.
Femida.az xəbər verir ki, ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır.
Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb. Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib.
Qeyd edək ki, Suqovuşan-Xan arxının 37 kilometr betonlama işinin layihəsi də artıq hazırlanıb. Suqovuşanın işğaldan azad olunması ilə Bərdə, Goranboy, Naftalan, Yevlax, Ağcabədi rayonları daxil olmaqla təxminən 30 min hektara yaxın əraziyə ilk dəfə su verilib. Bu da fermerlərə növbəli əkini təmin etməyə imkan yaradıb. Fermerlər artıq iki mərhələdə işləyə bilirlər.
Femida.az
Oxunub: 510
Oxşar xəbərlər
- İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
- Prezident İlham Əliyev Əziz Sancarı qəbul edib
- Prezident Ağdam üzrə xüsusi nümayəndə vəzifəsini ləğv etdi
- Prezident Soçi görüşündən danışdı
- Prezident dörd səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB
- İlham Əliyev Koreya rəsmisini qəbul edib - YENİLƏNİB
- Prezident yeni Biləcəri lokomotiv deposunun açılışında - FOTOLAR
- BMT İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib
- "Azərbaycan Ordusu məsum övladlarımızın qisasını aldı" - Prezident
- İlham Əliyev uşaqları təbrik edib