Lavrov: "İranın keçirdiyi təlimlərlə bağlı Azərbaycanın narahatlığı var"
16:10 06 Oktyabr 2021
“Cənubi Qafqaz ətrafında cərəyan edən hadisələr kontekstində Azərbaycan, Ermənistan, Gürcüstana, İran, Rusiya və Türkiyənin daxil olacağı “3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik. İran bu təşəbbüsə müsbət yanaşır, eyni mövqeyi Azərbaycan və Türkiyədə də müşahidə edirik. Hazırda ermənistanlı həmkarlarımızla işləyirik. Hesab edirik ki, yaşadığı problemlərə rəğmən Gürcüstan da regionun sürətli inkişafı üzrə bu cür konsultasiyalar mexanizminin yaradılmasında öz marağını görə biləcək".
“Femida.az məlumat verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşündən sonra keçirilmiş mətbuat konfransı zamanı bildirib.
“Biz burada (regionda) hərbi aktivliyin artırılmasına, təxribatçı təlimlərə qarşıyıq. İranlı dostlarımızın bugünlərdə sərhəd yaxınlığında keçirdiyi təlimlərlə bağlı Azərbaycanın da ifadə etdiyi narahatlıqlar mövcuddur”, - Lavrov deyib.
Oxunub: 705
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"