İranda yük maşını 6 minik avtomobili ilə toqquşub, yaralılar var


20:47     07 Oktyabr 2021 2021/10/615f206fc536b615f206fc536c1633624175615f206fc5369615f206fc536a_1633625343.jpeg


İranın Kirman şəhərində yük maşını 6 minik avtomobili ilə toqquşub.

Femida.az -ın m əlumatına görə, hadisə Kirmanın Allahabad şəhərində dördyol ayrıcında baş verib.


Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar arasında yeniyetmə və qadın da var.

İran Tibbi Ekspertiza Təşkilatının məlumatına görə, cari ilin (İranda il martın 21-də dəyişir) ilk 4 ayında 5600 nəfər yol qəzalarında həyatını itirib, 102 min nəfərdən çox insan xəsarət alıb.

Açar sözlər:

Oxunub: 489