SSRİ ABŞ-ı 5 il saxta silahla qorxudub: Uça bilməyən "Dal" raketi
13:39 09 Oktyabr 2021
Rusiya mediası SSRİ-nin ABŞ-ı hərbi hiylə ilə aldatmasından yazıb. Femida.az xəbər verir ki, məqalədə "Soyuq müharibə" dövründə Sovet imperiyasının Vaşinqtona müasir, təhlükəli raketə malik olmasını göstərdiyi xatırladılır.
Əslində isə həmin raket hətta uça bilmirmiş, nəinki ciddi təhlükə törətmək qabiliyyətinə malik ola. Beləcə SSRİ rəsmiləri yeni raketə malik olduqlarını iddia edərək ABŞ-ı düz beş il qorxu içində saxlayıb.
Bununla bağlı danışan hərbi ekspert Yuri Knutov deyib ki, okeanın o tayında bu tarixi yalana həqiqətən də inanıblarmış.
- Söhbət müasir S-400-ün sələfi olan "Dal" kompleksindən gedir. Ancaq o heç vaxt silahlanmaya verilmədi. Eyni zamanda, kompleksin yanında döyüş növbətçiliyi imitasiyası yaradıldı və raket Qırmızı meydandakı paradlarda də nümayiş etdirildi. Sözügedən raketin təkcə düşmən təyyarələrini deyil, böyük raketləri də məhv edə biləcəyi iddia edilirdi.
Knutov onu da vurğulayıb ki, ABŞ bu yalana, ölkəsinə yeni təhlükənin olduğuna inananaraq belə bir arsenala qarşı çıxa biləcək silahlar yaratmaq üçün milyardlarla dollar ayırıb.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Keçmiş SSRİ-nin tanınmış aktyoru vəfat edib
- Putin şok sənəd imzaladı: BUNDAN SONRA SSRİ İLƏ...
- Azərbaycanın nümayəndəsi iclasdan çıxdı: Bakı SSRİ-nin borclarının ödənilməsindən imtina etdi
- Azərbaycan SSRİ-nin xarici borcunun ödənilməsində həmrəylikdən imtina edib
- Sahil Babayev: "SSRİ dövründə çalışaraq pensiya alanların 18 il stajı var"
- Keçmiş SSRİ-nin tanınmış aktrisası itkin düşüb
- SSRİ-yə müqavimət göstərdik, bunu taliblərə də göstərə biləcəyik - Əhməd Məsud
- SSRİ-də ilk atom bombasının yaradıcılarından biri 102 yaşında ölüb
- SSRİ-nin sonuncu müdafiə naziri Şapoşnikov vəfat edib
- Xidmət: SSRİ pasportu ilə yaşayan şəxslər araşdırılır