Nazirlik 195 dərmandan imtina etdi
15:16 08 Yanvar 2016
“Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2015-ci ildə 113 aptekdə yoxlama aparıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 4 aptek aşkarlanıb və fəaliyyətləri dayandırılıb”.
Femida.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov deyib. Onun sözlərinə görə, könüllü şəkildə qanunsuz fəaliyyətlərini dayandırmayan iki aptekin sahibinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə protokollar tərtib edilib: “Həmçinin, yoxlamalar zamanı 23 aptekdə reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satıldığı, yetkinlik yaşına çatmayanlara dərmanların buraxılması qaydalarının pozulduğu müəyyən olunub və aptek rəhbərlərinə həmin Məcəllənin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib.
Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı ilə məşğul olan, habelə reseptlə satılmalı dərmanları reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası ləğv edilib. 2015-ci ildə aparılan yoxlamalar nəticəsində 835 seriyada (2874 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatı satışdan çıxarılıb”.
Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikası dərman vasitələrinin Reyestrində 4700-dən çox preparat var. Ötən il ərzində 803 dərman dövlət qeydiyyatına alınıb, ilkin ixtisaslaşdırılmış ekspertizada 203, ixtisaslaşdırılmış ekspertizada isə 195 dərman vasitəsindən imtina edilib.
Oxunub: 831
Oxşar xəbərlər
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazirlik əhaliyə müraciət etdi
- Nazirlik cəbhə ilə bağlı məlumat yaydı
- Nazirlik reyd keçirdi - Cərimələnənlər var
- Nazirlik əməkdaşının məhkəməsi başlayıb
- Nazirlik vətəndaşlara müraciət etdi
- Nazirlik vətəndaşın iddiasını əsassız adlandırdı
- Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Nazirlik uşaq intiharlarının səbəblərini açıqlayıb
- Nazirlik 42800 manat cərimə yazdı