Kolin Pauell vəfat edib


17:04     18 Oktyabr 2021 2021/10/kolin-1634558889_1634563429.jpg

ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell vəfat edib.

Femida.az xəbər verir ki, 84 yaşlı Pauell koronavirusdan dünyasını dəyişib.

Aliləsinin yaydığı açıqlamada deyilir ki, sabiq dövlət katibi və Baş Qərargah Rəisləri Birliyinin keçmiş rəhbəri COVİD-19-da yoluxmadan sonra yaranan ağırlaşmalar səbəbindən bu gün səhər vəfat edib. O, virusa qarşı tam peyvənd olunmuşdu.

“Biz gözəl bir ailə başçısı, ata, baba və böyük amerikalı itirdik", - ailəsinin mesajında vurğulanıb.

Xatırladaq ki, Kolin Pauell 2003-cü ildə ABŞ Ordusunun İraqa qoşun yeritməsində əsas rol oynamışdı. Həmin il fevralın 5-də BMT Təhlükəsizlik Şurasının iclasında Pauell İraqın rəhbəri Səddam Hüseynin bioloji silah istehsalı texnologiyalarına malik olduğuna dair ilk əldən məlumat aldığını bəyan etmişdi. Bunu sübut etmək üçün o, İraq zavodlarında istehsal edilən kütləvi qırğın silahlarının nümunəsi hesab olunan ağ tozdan hazırlanmış bir test borusu nümayiş etdirdi. Sonradan məlum oldu ki, Pauellə Mərkəzi Kəşfiyyat Agentliyi tərəfindən yanlış məlumat verilib. belə ki, sınaq borularının saxta olduğu üzə çıxdı.

Qeyd edək ki, , o, 2001-2005-ci illərdə dövlət katibi vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər: #ABŞ   #KolinPauell    

Oxunub: 387