QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
18:36 21 Oktyabr 2021
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Femida.az xəbər verir ki, Müşahidə Şurasının qərarı ilə Agentliyin 2021-ci il qrant müsabiqəsi mövzuları və layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin ümumi siyahısı təsdiq olunub.
İclasda Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə konsepsiya sənədi layihəsi, QHT sektorunun institusional inkişafı və QHT layihələrinin maliyyələşdirilməsində özəl sektorun iştirakının təşviq edilməsi haqqında məsələlərə baxılıb və hər üç məsələ ilə əlaqədar müvafiq qərarlar qəbul edilib.
Sonda Müşahidə Şurası QHT sektorunun fəaliyyətinə aid qəbul edəcəyi sənəd layihələri ilə bağlı ictimai müzakirələrin keçirilməsi barədə qərar qəbul edib.
Femida.az
Oxunub: 1428
Oxşar xəbərlər
- PA-nın QHT-lərlə iş sektoruna yeni müdir təyin olunub
- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
- QHT-lər Gəncə terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
- Azərbaycan QHT-ləri Baydenin yanlış mövqeyi ilə bağlı bəyanat imzalayıb
- QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılır - FƏRMAN
- Yerli və xarici QHT-lər Ermənistanın cinayətlərinə dair hesabat hazırladı
- Media və QHT rəhbərləri Ağdama getdi
- Prezidentdən QHT-lərlə bağlı fərman
- Maliyyə Nazirliyindən QHT-lərə MÜRACİƏT
- QHT-lərə dəstək şurası: "Onlar məhkəməyə veriləcək"