Maykl Cordanın butsusu rekord məbləğə satılıb


17:13     25 Oktyabr 2021 2021/10/a3b9805e-c4a9-31d6-b3f2-8b4ba50da132_850_1635163625.jpg

Əfsanəvi sabiq basketbolçu Maykl Cordanın butsları hərraca çıxarılıb.

Femida.az-ın məlumatına görə, idman ayaqqabıları üçün 1,472 milyon ABŞ dolları ödənilib.

Nike butsları ABŞ-ın Las-Veqas şəhərindəki "Sotheby" auksionunda satılıb. Bu məbləğ Cordanın ayaqqabıları üçün rekord hesab edilir.

Daha əvvəl 6 qat NBA çempionunun butsu 615 min ABŞ dollarına alınıb.

Qeyd edək ki, Maykl Cordan 1,472 milyona satılan butslarla 1984-cü ildə NBA-da debüt mövsümünün beşinci oyununda meydanda olub.

Femida.az

Açar sözlər:

Oxunub: 353