İcra başçısının sabiq xanım müavini məhkəmə zalında HƏBS OLUNDU
13:39 29 Oktyabr 2021
Neftçala Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova məhkəmə zalında həbs edilib.
Femida.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə Gültəkin Sadıqova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH-nin ictimai- siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
(report)
Oxunub: 1509
Oxşar xəbərlər
- İcra hakimiyyətinin qarşısına bomba qoyulub..." - Bakıda həyəcan, həbs edilən kimdir?
- İcra başçısı özünə yeni köməkçi təyin edib
- İcra başçısının polis oğlu daxili işlər orqanlarından xaric olunub
- İcra məmurunun döyülməsinə görə cinayət işi açıldı
- İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib
- İcra başçısının bacısı oğlu həbs edilib
- İcra məmurları bu il borclu şəxslərə 610 milyon manat ödətdirib
- İcra Hakimiyyətinin vəzifəli şəxsinin məhkəməsi başlayır
- İcra Hakimiyyətinin işçilərinə xəbərdarlıq edildi
- İcra başçısının xanımı və müavini koronavirusa yoluxdu