Daha 2132 nəfər koronavirusa yoluxub, 26 nəfər vəfat edib


19:23     29 Oktyabr 2021 2021/10/A57E7E49-96B5-4FFC-9561-CAA259233913_1635521068.png

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2132 yeni yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 526 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 789 nəfər müalicə olunaraq sağalıb, 7 021 nəfər vəfat edib, aktiv xəstə sayı 29110 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 753, ötən müddət ərzində isə ümumilikdə 5 169 788 test aparılıb.

Femida.az

Açar sözlər: #Koronavirus    

Oxunub: 489