Lavrov Çavuşoğlu ilə görüşəcək


18:19     30 Oktyabr 2021 2021/10/631211F4-8FA9-4BB7-86FE-D86DFAB612DB_1635605079.png

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “G20” ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gəlib.

Femida.az “TASS”a istinadən xəbər verir ki, Lavrov sammit çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Onun Çinin xarici işlər naziri Vanq Yi və fransalı həmkarı Jan-İv Le Drian ilə də danışıqlar aparması nəzərdə tutulub.

Bundan əlavə, BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus ilə görüşlər gözlənilir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sammitin iclaslarında videobağlantı vasitəsilə iştirak edəcək.



Femida.az

Açar sözlər: #Sergey-Lavrov   #G20    

Oxunub: 511