Gürcüstanda seçkilərin ikinci mərhələsi başa çatıb


20:20     30 Oktyabr 2021 2021/10/F0C2003A-E9CC-4151-8BCE-33FD09F813C4_1635613574.png

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.

Femida.az xəbər verir ki, səsvermə prosesinə yerli vaxtla saat 20:00-da yekun vurulub.

Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına əsasən, Gürcüstan üzrə seçici fəallığı 39,5 %, Tbilisidə isə 38,7 % təşkil edib.

Xatırladaq ki, bu gün qonşu ölkədə Tbilisi də daxil olmaqla 20 şəhər və rayona mer, həmçinin 24 majoritar dairədə yerli məşvərətçi orqana (sakrebulo) deputatlar seçilib.


Femida.az

Açar sözlər: #Gürcüstan   #Seçkilər    

Oxunub: 487